135 miqrantı evində qeydiyyata salan rusiyalı qadın saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Kamçatka vilayətində 38 yaşlı yerli sakin evində 135 miqrantı qeydiyyata alıb və cinayət işində müttəhim olub.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi region üzrə məlumat yayıb.
İdarənin məlumatına görə, hadisə Petropavlovsk-Kamçatski şəhərində baş verib. Əcnəbilərə yaşayış yeri vermək niyyəti olmayan yerli sakin öz evində ən azı 135 miqrantı qeydə alıb.
Qanun pozuntusunu Ekstremizmə Qarşı Mübarizə Mərkəzinin əməkdaşları polisin miqrasiya məsələləri üzrə idarəsi ilə birgə aşkar ediblər. Rusiyalı qadına qarşı əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Rusiya Federasiyasında olduğu yerdə saxta qeydiyyata alınması maddəsi ilə cinayət işi açılıb. İndi qadını üç ilə qədər həbs cəzası gözləyir.
Bundan əvvəl Moskvada mindən çox miqrantın leqallaşdırılması sxeminin üstü açılmışdı.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...