ABŞ səfirliyi: "Biz Talibandan zəmanət almşıq ki..."

"Biz hamımız vətəndaşlarımız, soydaşlarımızın və sakinlərimizin, işçilərimizin, bizimlə işləyən əfqanların və risk altında olanların Əfqanıstan xaricindəki istiqamətlərə sərbəst səyahətlərini davam etdirmələrini təmin etməyə sadiqik".
BAKU.WS xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin paylaşımında bildirilir.
"Biz Talibandan zəmanət almşıq ki, bütün xarici vətəndaşlar və ölkələrimizdən səyahət icazəsi olan hər bir Əfqanıstan vətəndaşının təhlükəsiz və nizamlı bir şəkildə yola düşmə məntəqələrinə və ölkə xaricinə səyahət etmələrinə icazə veriləcəkdir. Müəyyən olunmuş əfqanlara səyahət sənədləri verməyə davam edəcəyik və bizim Talibandan həmin şəxslərin müvafiq ölkələrimizə səyahət edə biləcəklərinə dair açıq gözləntimiz və Talibanın bu barədə öhdəliyi var. Biz Talibanın bu anlayışı təsdiqləyən ictimai bəyanatlarını qeyd edirik", - səfirliyin məlumatında bildirilir.
Oxşar xəbərlər
Birbaşa ABŞ-a köçürüləcək əfqanlar kimlərdir? - Səfirlik AÇIQLADI
Hazırda ABŞ və müttəfiq heyətinin mülki və hərbi uçuşlarla Əfqanıstandan təhlükəsiz gedişini təmin etmək üçün Həmid Kərzai Beynəlxalq Hava Limanının təhlükəsizl...
