124 yaşlı nənə uzunömürlülüyün 3 sadə sirrini açdı
Yeniliklərdən dərhal xəbərdar olun
Yanvarın 1-də 124 yaşı tamam olan çinli Qiu Çayşinin uzunömürlülüyünün sirrinin sağlam gündəlik rejim, gündə üç dəfə müntəzəm yemək və həyata optimist baxışla bağlı olduğunu söyləyib.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, Çayşi təkcə doğma Nançonq şəhərinin deyil, həm də bütün Sıçuan əyalətinin ən yaşlı sakinlərindən birinə çevrilib.
Qadının fikrincə, onun aktiv uzunömürlülüyünün əsası həyata müsbət baxış bucağı, donuz yağı ilə düyüdən müntəzəm istifadə və fiziki aktivlikdir.
Məlumata görə, çinli qadının doğum tarixini təsdiq edən sənədlər olsa da, onun yaşı hələ beynəlxalq təşkilatlar tərəfindən təsdiq edilməyib.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...