SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyanın Kamçatka bölgəsində vulkan püskürüb.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Rusiyanın Vulkanologiya və Seysmologiya İnstitutu bununla bağlı kadrlar yayımlayıb.

Məlumata görə, Klyuçevskaya vulkanı yeddi kilometr hündürlüyə kül püskürüb.

Qeyd edək ki, bu, 24 saatda ikinci püskürmədir.

Aviasiya üçün narıncı təhlükə kodu (həmin ərazinin hava məkanında uçuşa qadağa) elan edilib.

Kül şleyfinin 45 kilometr şimal-şərqə yayıldığı bildirilir.

BAKU.WS