Rusiyada 24 saatda iki dəfə vulkan püskürdü: Narıncı təhlükə kodu elan edildi - VİDEO
30
noy
2020
22:51
Rusiyanın Kamçatka bölgəsində vulkan püskürüb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Rusiyanın Vulkanologiya və Seysmologiya İnstitutu bununla bağlı kadrlar yayımlayıb.
Məlumata görə, Klyuçevskaya vulkanı yeddi kilometr hündürlüyə kül püskürüb.
Qeyd edək ki, bu, 24 saatda ikinci püskürmədir.
Aviasiya üçün narıncı təhlükə kodu (həmin ərazinin hava məkanında uçuşa qadağa) elan edilib.
Kül şleyfinin 45 kilometr şimal-şərqə yayıldığı bildirilir.
Oxşar xəbərlər
ABŞ-dan cəhənnəm görüntüsü - Minlərlə insan təhlükə altındadır - FOTO
ABŞ-ın Kaliforniya ştatında 2 həftə əvvəl başlayan meşə yanğınları səngimək bilmir. BAKU.WS xəbər verir ki, yanğın çox sayda binaya və təsərrüfat obyektinə ziya...