ABŞ müttəfiqlərindən müdafiə xərclərini artırmağı tələb edib

“ABŞ Rusiya Federasiyası və Çin Xalq Respublikasının hərbi gücü fonunda NATO ölkələri ilə yanaşı, bütün müttəfiqlərdən Ümum Daxili Məhsulun 2 faizini müdafiə xərclərinə ayırmağı tələb edib”.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu ABŞ Müdafiə naziri Mark Esper açıqlamasında bildirib.
Pentaqon rəhbəri pandemiyanın yaratdığı çətinlikləri və maddi ziyanları qiymətləndirdiklərini desə də, vurğulayıb ki, bu gün təhdidlər azalmayıb: “Əksinə, ölkələr daxili iqtisadi vəziyyətlərini yaxşılaşdırmağa çalışsalar da, daha da pisləşib. Rəqiblərimiz isə bundan istifadə etməyə çalışırlar. Buna görə də NATO üzvləri də daxil olmaqla, bütün ölkələr – müttəfiqlərimiz götürdükləri öhdəliklərə əməl edərək ümumi təhlükəsizliyimizə daha çox töhfə verəcəklər”.
Oxşar xəbərlər
Pentaqon rəhbərindən bir gündə iki fərqli qərar - ABŞ-da qarışıqlıq davam edir
ABŞ Müdafiə naziri (Pentaqon rəhbəri) Mark Esper paytaxt Vaşinqton yaxınlığındakı bazalara cəlb edilmiş əsgərlərin geri çəkilməsi barədə qərar verib. BAKU.WS “H...
