SİZİN REKLAM BURADA!
055 213 76 73


“Apple” şirkəti “iPhone 12” smartfonunu təqdim edib.

BAKU.WS xəbər verir ki, bu barədə “AppleInsider”in “Twitter” səhifəsində məlumat verilib. Yeni cihaz 5G texnologiyasını dəstəkləyir.

Qeyd edək ki, "Apple" təqdimatda dörd yeni smartfon təqdim edib. Smartfonların hər birinin küncləri dördbucaqlı formasında olacaq.

iPhone 12 Pro Dolby Vision HDR-lə çəkə biləcək ilk mobil cihaz olacaq.

HDR formatda çəkilən videolar Dolby Vision görüntüsünü daha rəngli formada təqdim etməyə imkan verəcək.

Bundan başqa iPhone 12 Pro-nun displeyi 6,7 düymədək artırılıb ki, bu da "Apple" smartfonları içində ən böyüyüdür. 

"Apple" iPhone və saat üçün eyni zamanda ikili enerji yığımı imkanı təqdim edib. 

iPhone 12 iPhone 11-in baza modelinin xələfi olacaq və iPhone 11 Pro və iPhone 11 Pro Max-ı əvəz edəcək. 

Qiymətə gəldikdə isə 64 GB fleş-yaddaşlı iPhone 12 Mini 699 dollara satılacaq. Noyabrın 6-sı və 7-dən sifarişlər, 13 noyabr və 14 noyabrdan isə satışlar başlayacaq. iPhone 12-nin eyni yaddaşlısı 799 dollara satılacaq. iPhone 12 Pro 999, iPhone 12 Pro Max isə 1099 dollardan satılacaq. Qiymətlər ABŞ-da keçərlidir. 

BAKU.WS
QALEREYA