Şəmkirdə Milli Qəhrəmanın adını daşıyan kənddə içməli su problemi həll olunub
15
iyl
2025
22:48
Şəmkirin İsgəndərli kəndində içməli su problemi uzun müddətdən sonra həll olunub.
"Report"un Qərb bürosunun məlumatına görə, kənd sakinlərinin içməli suya olan tələbatının tam ödənilməsi üçün kəndin mərkəzində 30 ton tutumlu yeraltı beton su anbarı inşa edilib.
Eyni zamanda bir ədəd müasir tipli sutəmizləyici qurğu, iki ədəd yüksək təzyiqli nasos quraşdırılaraq, anbarın yanında bulaq kompleksi də inşa edilib.
Qeyd edək ki, kənd Milli Qəhrəman İsgəndər Aznaurovun adını daşıyır.
Oxşar xəbərlər
Hər şeyi əvvəlcədən planlaşdıran 5 bürc
Bəzi bürclər astroloji təsvirlərdə planlı, nizam-intizamlı və hər addımını əvvəlcədən düşünən xarakterləri ilə seçilir. Onlar gözlənilməz vəziyyətlərə hazır olm...