"Yüksəliş"in altıncı mövsümünün ümumi biliklər imtahanı üzrə nəticələri açıqlanıb
"Yüksəliş" müsabiqəsinin altıncı mövsümü çərçivəsində keçirilən onlayn mərhələnin ümumi biliklər imtahanı üzrə nəticələr elan olunub.
BAKU.WS xəbər verir ki, ümumi biliklər imtahanında iştirak edən 10 176 nəfər namizəddən 8 551 nəfəri analitik təhlil imtahanında iştirak etmək hüququ qazanıb.
Növbəti mərhələyə keçid edən iştirakçıların 6 250 nəfəri kişi, 2 301 nəfəri isə qadındır.
Yaş bölgüsünə əsasən, uğur qazanan namizədlər arasında 31-40 yaş aralığında olan iştirakçılar üstünlük təşkil edir. Belə ki, analitik təhlil imtahanında iştirak hüququ qazananlardan 3 385 nəfəri 21-30 yaş, 4 362 nəfəri 31-40 yaş, 804 nəfəri isə 41-51 yaşaralığındadır. Nəticələrə əsasən, növbəti mərhələyə keçən iştirakçılar arasında 21 yaşlı 35 nəfər, 51 yaşlı isə 11 nəfər yer alır.
İqtisadi rayonlar üzrə göstəricilərə nəzər saldıqda ən çox iştirakçının Bakı şəhəri üzrə qeydə alındığı görünür. Bakıdan 4 271 nəfər namizəd növbəti mərhələdə iştirak hüququ qazanıb. Digər yüksək göstəricilər isə Abşeron-Xızı iqtisadi rayonu üzrə 596 nəfər, Qarabağ iqtisadi rayonu üzrə 468 nəfər, Lənkəran-Astara iqtisadi rayonu üzrə 406 nəfər, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 373 nəfər təşkil edib.
Təhsil müəssisələri üzrə nəticələrə əsasən, bakalavriat dərəcəsi üzrə ən yüksək göstəricilər Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Dövlət Pedaqoji Universiteti məzunları tərəfindən göstərilib.
Namizədlərin çalışdıqları sektorlar üzrə bölgüsünə əsasən, analitik təhlil imtahanında iştirak hüququ qazananların 53,35 faizi dövlət sektorunda, 44,13 faizi özəl sektorda, 1,42 faizi qeyri-hökumət təşkilatlarında, 1,10 faizi isə beynəlxalq qurumlarda fəaliyyət göstərir.
Qeyd edək ki, Ümumi biliklər imtahanını uğurla başa vuran namizədlər 6–16 may tarixlərində keçiriləcək "Profili tamamla" turunda iştirak edəcəklər. Bu mərhələdə iştirakçılar şəxsi kabinetləri vasitəsilə tələb olunan məlumatları tamamlamalı və növbəti proseslər üçün profillərini yeniləməlidirlər.
Oxşar xəbərlər
Keti Perri Bakıya gəlir
Dünyaşöhrətli Keti Perri bu il keçiriləcək "Formula-1" Azərbaycan Qran-prisində səhnə alacaq. BAKU.WS xəbər verir ki, "Formula-1" Azərbaycan Qran-prisinin 10 il...