Yerə yaxın nadir kosmik hadisə aşkarlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Avropa Kosmik Agentliyi (ESA) tərəfindən qaranlıq Kainatı öyrənmək üçün "Evklid" teleskopu – "Eynşteyn halqası"nı aşkarlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Astronomy and Astrophysics" jurnalında məqalə dərc olunub.
"Eynşteyn halqası" nədir?
Albert Eynşteynin Ümumi Nisbilik Nəzəriyyəsinə görə, kütləvi obyektlər (qalaktikalar, qalaktika qrupları) məkan-zamanı əyir və uzaqdakı obyektlərdən gələn işığın istiqamətini dəyişdirir. Bu fenomen qravitasiya linzalanması adlanır. Əgər işıq mənbəyi, linza rolu oynayan obyekt və müşahidəçi teleskop ideal şəkildə düzülərsə, "Eynşteyn halqası" əmələ gəlir və işığın qapalı parlaq halqaya çevrildiyi nadir hadisə baş verir.
Bu hadisədə 590 milyon işıq ili uzaqlıqdakı NGC 6505 qalaktikası, 4,42 milyard işıq ili məsafədə yerləşən başqa bir qalaktikanın işığını linzalayıb. Bunun sayəsində normalda görünməyən bu uzaq obyekt müşahidə olunub.
Aşkarlamanın əhəmiyyəti
Qravitasiya linzaları, qaranlıq materiya və qaranlıq enerjinin öyrənilməsində mühüm rol oynayır. Bu iki naməlum komponent Kainatın genişlənməsinə təsir göstərir və alimlər onların mahiyyətini qravitasiya linzalanması vasitəsilə daha yaxşı başa düşə bilərlər.
Əvvəllər 1000-dən az belə qravitasiya linzası məlum idi, lakin "Evklid" teleskopunun 100 000-dən çox yeni linza aşkarlayacağı gözlənilir. Bu isə astronomiya elminə inqilabi dəyişikliklər gətirə bilər.
ESA-nın "Evklid" layihəsinin həmmüəllifi Valeriya Pettorino teleskopun imkanlarını vurğulayaraq qeyd edib:
"Bu, "Evklid"in nə qədər güclü alət olduğunu sübut edir – o, hətta artıq yaxşı öyrənilmiş hesab edilən sahələrdə belə yeni kəşflər etməyə qadirdir."
Oxşar xəbərlər
Bu gün Türkiyədə Cümhuriyyət bayramıdır
Bu gün Türkiyədə 29 Oktyabr Cümhuriyyət Bayramı qeyd olunur. Türkiyə Respublikasının qurulmasının 103-cü ildönümü münasibətilə ölkə daxilində və xaricdə müxtəli...