Bakıdakı toplantının tarixi mahiyyəti: "Türkoloqlar qurultayının iştirakçıları ya sürgün edildilər, ya da..."
"100 il əvvəl 131 türkoloqun iştirakı ilə belə bir qurultayın keçirilməsi, 17 iclasda 38 məsələnin günlərlə müzakirəsi çox vacib hadisədir".
Bunu Baku TV-də Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş layihənin yeni buraxılışında "Türk ədəbiyyatı" dərgisinin baş yazarı İmdat Avşar deyib.
O qeyd edib ki, təxminən 100 il sonra bir qismi ilə bağlı nəticə əldə edilən - ortaq dil, əlifba, ədəbiyyat, dərs kitabları kimi məsələlərin təməlləri Birinci Türkoloji Qurultayda atılıb.
İmdat Avşar vurğulayıb ki, bu da Qurultayda iştirak edən elm adamlarının nə qədər uzaqgörən olduğunu bir daha sübut edir.
"İosif Stalinin 1937-ci ildə başlatdığı təzyiq, təqib və şiddət siyasəti türkologiya ilə məşğul olan elm adamlarının ya edamına, ya da sürgün edilməsinə zəmin hazırladı", - deyə o, sözlərinə əlavə edib.
Daha ətraflı videomaterialda:
Oxşar xəbərlər
Ötən həftə 1,7 min hektara yaxın ərazi minalardan təmizlənib
Azad olunan ərazilərdə iyunun 22-dən 28-dək 37 tank əleyhinə mina, 36 piyada əleyhinə mina, 329 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib....