Tikintisinə icazə tələb olunmayan obyektlərlə bağlı YENİLİK gözlənilir

Tikintisinə icazə tələb olunmayan obyektlərlə bağlı YENİLİK gözlənilir
Sosial 21

Tikintisinə icazə tələb olunmayan tikinti obyektləri siyahısında dəyişiklik təklif olunur.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında müzakirəyə çıxarılan Şəhərsalma və Tikinti Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Layihəyə əsasən, mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan kənd təsərrüfatı tikintisinə icazə tələb olunacaq.

Həmçinin xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 5 metr olan quyuların (kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilənlər istisna olmaqla), yeraltı su və çirkab su anbarlarının (rezervuarların), habelə həcmi ən çoxu 200 kubmetr olan hovuzların tikintisinə icazə tələb ediləcək.

Son xəbərlər