Övladı yaxşı qidalanmayan valideynlərə XƏBƏRDARLIQ - Mütləq...

Övladı yaxşı qidalanmayan valideynlərə XƏBƏRDARLIQ - Mütləq...
Foto
Digər 20

Uşaqların qidalanma vərdişləri və yemək seçimləri onların fiziki, emosional və zehni inkişafında əsas rol oynayır.

Bu səbəbdən yemək pozuntuları və davamlı şəkildə yanlış qidalanma uşağın həm indiki, həm də gələcək sağlamlığına ciddi təsir göstərə bilər.

Bu barədə psixoloq Əbdül Səlimli BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, ən çox gördüyümüz problemlər yeməkdən imtina, çox seçici yemək, yalnız müəyyən tərkibli qida qəbul etmək, az yemə və ya çox yemə, yemək zamanı stres, həyəcan və ya davranış dəyişiklikləri və digər davranışlardır.

Övladı yaxşı qidalanmayan valideynlərə XƏBƏRDARLIQ - Mütləq...

"Bu hallar uzun müddət davam etdikdə yemək pozuntusu hesab edilir və mütəxəssislərə müraciət etmək vacibdir.

Pis yemək vərdişlərinin əsas səbəbləri ailədə qeyri-sabit qidalanma rejiminin olması, t. elefona, televizora baxa-baxa yemək, həddindən artıq şəkərli və duzlu qidaların istifadəsi, yemək zamanı təzyiq, Stress, məktəb gərginliyi, narahatlıq, həzm problemləri və ya vitamin çatışmazlıqları və.s

Pis qidalanmanın uşaqlarada həm fiziki, həm zehni, həm də emosianal inkişafa təsir edir.

Boy artımında ləngimə, çəki azlığı və ya artıq çəki, İmmunitetin zəifləməsi - tez-tez xəstələnmə, yorğunluq, diş çürüməsi və dəri problemləri fiziki təsirlərdəndir.

Dərsdə diqqət çatışmazlığı, yaddaş zəifləməsi, yeni məlumatları qavramaqda çətinlik kimi təsirlər isə zehni təsirlərdəndir", - deyə mütəxəssis bildirib.

Ziya SƏCCAD

Son xəbərlər