Yaşlı insanlar temperatur dəyişikliklərini daha asan necə keçirə bilər?

Yaşlı insanlar temperatur dəyişikliklərini daha asan necə keçirə bilər?
Digər 27

Rusiyalı gerontoloq həkim Valeriy Novoselov bildirib ki, lazımi dərmanların qəbulu, hava şəraitinə uyğun geyim və şəhərdən kənar səfərlər yaşlı insanlara temperatur dəyişikliklərini daha rahat keçirməyə kömək edir.

BAKU.WS xəbər verir ki, bu barədə o, "Moskva 24" telekanalına danışıb.

Novoselov qeyd edib ki, yaşlı insanların bir çoxunda zamanla yaranan müxtəlif xəstəliklər, xüsusilə oynaq və ürəklə bağlı problemlər olur. Bu səbəbdən onlar hava dəyişikliklərinə daha həssas olurlar.

"Yaş artdıqca orqanizm xarici təsirlərə, o cümlədən temperatur dəyişikliklərinə daha çətin uyğunlaşır," – deyə mütəxəssis vurğulayıb.

Onun sözlərinə görə, yaşlı insanların orqanizmi istiliyə nisbətən soyuğa daha yaxşı dözür. Bu, dəridə temperaturu tənzimləyən kapilyarların yaşla əlaqədar azalması ilə bağlıdır.

Mütəxəssis yaşlılara yay aylarında bağ evlərinə köçməyi tövsiyə edib. Onun fikrincə, orada asfalt örtüyünün yaratdığı istilik yoxdur və bol yaşıllıq temperatur dəyişikliklərini daha asan keçirməyə şərait yaradır.

Son xəbərlər