Xoruldama infarkt və insult riskini artırır
Tədqiqatlar göstərir ki, yuxuda xoruldama sağlamlıq üçün ciddi risklər yarada bilər. Xoruldama tez-tez obstruktiv yuxu apnoesi sindromu (OSA) ilə bağlı olur və bu vəziyyət nəfəsin müvəqqəti dayanmasına səbəb ola bilər.
BAKU.WS xəbər verir ki, mütəxəssislər bildirirlər ki, OSA səbəbindən yaranan xoruldama bir sıra sağlamlıq problemlərinə yol açır: oksigen çatışmazlığı, arterial təzyiqin yüksəlməsi, infarkt və insult riski, diqqət azalması və ümumi həyat keyfiyyətinin pisləşməsi.
Xoruldamanın qarşısını almaq və yuxu keyfiyyətini yaxşılaşdırmaq üçün tövsiyələr bunlardır: çəki itirmək (ən azı 5–10%), siqaret və spirtli içkilərdən uzaq durmaq, havanı nəmləndirmək, yan üzərində yatmaq və boğaz, gırtlaq əzələlərini gücləndirən məşqlər aparmaq.
Mütəxəssislər qeyd edirlər ki, bu tədbirlər həm yuxunu rahatlaşdırır, həm də ciddi xəstəlik risklərini azaldır.
Oxşar xəbərlər
İlk qəhvəni hansı saatda içmək lazımdır? - Həkim açıqladı
Həkim Rob Qallouey özünü daha yaxşı hiss etmək üçün qəhvəni və səhər yeməyini hansı vaxtda qəbul etməyin daha məqsədəuyğun olduğunu izah edib. BAKU.WS xəbər ve...