"Xaç atası"nın ulduzu Robert Düvall vəfat etdi
Unudulmaz filmlərdəki rolları ilə tanınan və Oscar mükafatı qazanan aktyor Robert Duvall 95 yaşında həyatını itirib.
BAKU.WS xəbər verir ki, 70 ildən artıq karyerası boyunca kino tarixində iz qoyan usta aktyorun vəfatı "Hollywood" dünyasında böyük kədər yaradıb.
Acı xəbəri aktyorun həyat yoldaşı Luciana təsdiqləyib. Məlumata görə, Duvall sevdiklərinin yanında, evində dünyasını dəyişib.
Robert Duvall "The Godfather", "Apocalypse Now", "Tender Mercies" kimi filmlərdəki performansları ilə yadda qalıb və obrazlarına verdiyi dərinlik sayəsində "Hollywood"un ən hörmətli aktyorlarından biri hesab olunurdu.
Aktyor karyerası boyunca yeddi dəfə "Oscar"a namizəd göstərilib və 1984-cü ildə "Tender Mercies" filmindəki baş rolu ilə tək Oscar mükafatını qazanıb. Filmində karyerasının sonuna çatmış bir country müğənnisini canlandıran Duvall performansıyla böyük təriflər alıb.
Duvall həmçinin televiziyada da uğurlu işlərə imza atıb; 2007-ci ildə "Broken Trail" mini serialındakı rolu ilə Emmy mükafatına layiq görülüb.
Oxşar xəbərlər
Həkim sağlam ürəyin bir neçə sirrini açıqladı
Rusiyalı dietoloq Karen Ansel ürək sağlamlığının bir neçə sirrini açıqlayıb. BAKU.WS xəbər verir ki, onun tövsiyələri "EatingWell" jurnalında dərc olunub. Həkim...