Vyetnamlı şəxs Moskvada mağazadan aldığı manqonu yeyib öldü
Moskvada yaşayan 31 yaşlı Vyetnam vətəndaşı Hoanq Van Çon, yerli mağazadan aldığı manqonu yedikdən sonra həyatını itirib.
BAKU.WS xəbər verir ki, bu barədə Mash məlumat yayıb.
Hadisə dünən günorta baş verib. Hoanq Van Çon həyat yoldaşı ilə birlikdə kirayə evdə yaşayırdı. O, manqonu həyat yoldaşı ilə birlikdə yeyib, lakin yalnız o özünü pis hiss etməyə başlayıb. Nəfəs almaqda çətinlik çəkən Çonun vəziyyəti getdikcə ağırlaşıb.
Həyat yoldaşı təcili yardım çağırsa da, həkimlər onu xilas edə bilməyib. Məlum olub ki, Çonun allergiyası və ya tənəffüs yollarında tıxanma problemi olmayıb. Ölümün səbəbi hələ araşdırılır.
Qeyd edək ki, daha əvvəl Braziliyada bir siyasətçi arıların hücumu nəticəsində anafilaktik şok keçirərək dünyasını dəyişmişdi.
Oxşar xəbərlər
2025-ci ildə bəxti gətirməyən bürclərin 2026-cı ildə həyatı tamam dəyişəcək
Bəzən həyat elə dövrlər gətirir ki, sanki bütün uğurlar bizdən üz çevirir. 2025-ci il bir çox bürclər üçün ağır, sınaqlarla dolu və enerjisi tükənmiş bir dövr o...