Valideynlərə XƏBƏRDARLIQ - Mütləq uşaqları...

Valideynlərə XƏBƏRDARLIQ - Mütləq uşaqları...
Digər 152

İsti havalarda bir çox insanda, xüsusən uşaqlarda allergik xəstəliklər artır.  İstilik, rütubət artışı, polenlər və həşərat dişləməsi kimi amillər rol oynayır.

Bu barədə Uşaq Allerqiya və İmmunologiya uzmanı, həkim Röyalə Babayeva BAKU.WS-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, xəstələrdə əsas olaraq allergik rinit, allergik konyuktivit, həşərat zəhərinə bağlı lokal və sistemik reaksiyalar, qida allergiyaları və günəş  şüası allergiyası müçahidə olunur.

"Polen Allergiyası-  ağac və otların gözlə görünməyən tozcukları xəstələrdə allergik rinit və konyuktivit xəstəliklərinə səbəb ola bilir.

Xəstələrin əsas şikayətləri bunlardır: Burunda qaşıntı, Asqırma, Burunda tutulma hissi, Burunda axıntı və postnazal axıntılar ( burun-udlağa olan axıntı), Gözlərdə qaşıntı və qızarıqlıq, Gözlərdə yaşarma hissi və seroz axıntılar olur", - deyə həkim bildirib.

Mütəxəssissin sözlərinə görə, müalicəsində antihistamin preparatlar və topikal müalicələr effekt verir:

"Polenlər ən çox səhər və günorta saatlarında havada çox olur. Quru və küləkli havalarda artır. Həyətdə gəzərkən şapqa, gözlük, uzun qol köynək və şalvar istifadə edilməlidir. Evə gələrkən üst geyimi qapalı dolaba qoymaq. Saç və üzü təmiz su ilə yumaq lazımdır. Pəncərələr və evdə polen filtrələri istifadə edilir".

Həkim deyir ki, həşərat sancmasına bağlı yaranmış allergik reaksiyalar daha çox arı, qarışqa, ağcaqanad, milçək, birələr- açəqda qalan bədən nahiyələrinə təsir edir. Bunlar lokal və sistemik reaksiyalar ola bilər. 

"Lokal reaksiya olaraq həşərat sancması nəticəsində- qızartı, qaşıntı və şişkinlik yaranır. Sistemik reaksiya olaraq Anaflaksiya (ağır allergik reaksiya) ən çox arı sancması nəticəsində ola bilər".

Qorunma yöntəmləri bunlardır:

Yara bölgəsini təmizləmək, soyuq kompress

Hidrokortizon və antihistaminik kremlər 

Oral antihistamin

Anaflaksiya – adrenalin otoenjektor

Uzun qollu köynək və şalvar geymək

Açıqda qalan nahiylərə həşərat qarşı spreylər istifadə edilir

Durğun su olan yerlerdə həşəratlar çox olur

Nanə, lavanta kimi qoxulu bitkilər böcəklərdən qoruyur

Röyalə Babayeva  deyir ki, uşaqlarda qida allergiyası da böyük problemlərə yol açır:

"Qida Allergiyaları - Çiyələk, kivi, şaftalı, qarpız, yemiş kimi meyvələr sonrasında ağız içində, boğazda qaşınma yaranır, eyni zamanda dodaqda angioödemlə ( şişkinliklər) yaran bilir. Bu xəstəlik oral allergiya sindromu olaraq adlanır.

Bu xəstələrin %50 də ağac polenlərinə qarşı allergik simptomları da görülür. Bəzəm də dəniz məhsulları, dondurma ilə övrə kimi allergik dəri reaksiyaları da görülə bilər. Ən ağır allergik reaksiyalar isə anaflaksiya olup, təcili olaraq müdaxilə edilməsi lazımdır".

Ziya SƏCCAD

Son xəbərlər