Ukrayna səfiri Türkiyə gəmisinin vurulması ilə əlaqədar XİN-ə çağırılıb
Ukraynanın Ankaradakı səfiri Nəriman Calal Qara dənizdə vurulan Türkiyə gəmisinə və onu çəkmək üçün göndərilən digər qoşqu gəmiyə hücumla bağlı Xarici İşlər Nazirliyinə çağırılıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, avqustun 26-da Türkiyə şirkətinə məxsus gəmi Qara dənizdə Tuapse sahillərində vurulub. Avqustun 27-də həmin gəmiyə yardım üçün göndərilən digər gəmi də hədəfə alınıb.
"Görüş zamanı Türkiyənin sözügedən hücumlarla bağlı etirazı Ukrayna tərəfinə çatdırılıb. Qara dənizdə can və mal təhlükəsizliyinin, gəmiçilik və ətraf mühitin təhlükəsizliyinin təmin edilməsinin zəruri olduğu ilə bağlı lazımi xəbərdarlıqlar edilib", - deyə Türkiyə XİN-dəki mənbə qeyd edib.
Oxşar xəbərlər
Səfir: Füzulidə məscidin açılışı 2026-cı ilin sonu - 2027-ci ilin əvvəlinə planlaşdırılır
Türkmənistanın Füzuli şəhərində inşa etdiyi məscidin açılışının 2026-cı ilin sonunda və ya 2027-ci ilin əvvəlində keçirilməsi planlaşdırılır. BAKU.WS "Report"a...