Ufuk Turganer: "Kipr məsələsi ədalətli həllini tapmalıdır"
"Millət olaraq dərin kədər içərisində olduğumuz bu günlərdə Cümhuriyyətimizin 42-ci ildönümü üçün bir araya gəlmişik. Gürcüstandakı təyyarə qəzasında həlak olan əziz şəhidlərimizə Allahdan rəhmət, ailələrinə isə səbir diləyirəm".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikasının Bakı təmsilçisi Ufuk Turganer ölkə müstəqilliyinin 42-ci ildönümü münasibətilə keçirilən rəsmi qəbulda deyib.
O, həmçinin Vətən müharibəsində əldə edilən qələbənin beşinci ildönümü münasibətilə Azərbaycanı təbrik edib:
"Şimali Kipr də 1983-cü ildə qurduğu dövləti ilə müstəqillik və suverenliyindən imtina etmədiyini bütün dünyaya bəyan edib. Biz bütün maneələrə baxmayaraq, haqlı mübarizəmizi əzmlə davam etdirəcəyik. Kipr məsələsi ədalətli həllini tapmalıdır. Şimali Kiprin Türk Dövlətləri Təşkilatında müşahidəçi statusla çıxış etməsi bizim üçün böyük məsuliyyətdir. Onu da qeyd edim ki, köklü bir təhsil sisteminə malik ölkəmizdə bu gün türk dünyasından 50 min tələbə təhsil alır".
U.Turganer əlavə edib ki, Şimali Kiprin Azərbaycanla ticari əlaqələri də günü-gündən inkişaf edir:
"Ölkələrimiz arasında münasibətlərdə müşahidə olunan irəliləyiş Azərbaycanın Şimali Kipr Türk Respublikasına dəstəyinin nümayişidir".
Oxşar xəbərlər
KTMT-nin baş katibi "Mirotvorets" bazasına daxil edildi
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi İmanqali Tasmaqambetov Ukraynanın "Mirotvorets" məlumat bazasına daxil edilib. BAKU.WS Oxu.Az-...