ТТ Fight Club: Kütləvi dava ilə bağlı RƏSMİ AÇIQLAMA
Qeyd etmək istəyirik ki, adımızın hallandığı hadisəni mətbuatdan öyrəndik, və dərc olunan xəbərləri TT Fight Club rəhbərliyi olaraq qəti şəkildə təkzib edirik.
TT Fight Club idmançıları arasında hər hansı cinayətlə bağlı saxlanılan yoxdur, hətta bildirək ki, idmançılarımız hal-hazırda Türkiyədə beynəlxalq turnirdə iştirak edirlər.
Mövcud hadisə ilə əlaqəmiz olmadığından, bir məlumat da verə bilmərik. TT Fight Club idman və sağlamlıq cəmiyyətidir, adımızın bu cür məsələlərdə hallanması, yolverilməzdir.
Azərbaycan Respublikası hüquqi dövlətdir, əminik ki, mətbuatda yayılan hadisə ilə bağlı bütün günahkarlar saxlanılaraq qanun qarşısında cavab verəcəkdir.
TT FIGHT CLUB
Oxşar xəbərlər
TT Fight Club - Azərbaycanın ən məşhur döyüş klubu (VİDEO)
TT Fight Club-da məşq edərək, siz əmin ola bilərsiniz ki, güclü MMA klubda məşq edirsiniz. Bu klubda məşqçilər hər biri öz şagirdlərinə maksimal bilikləri vermə...