Tinnitusun müalicəsi üçün yeni üsul tapıldı

Tinnitusun müalicəsi üçün yeni üsul tapıldı
Digər 115

ABŞ-nin Johns Hopkins Universitetinin alimləri qulaqda daimi səs-küyə səbəb olan tinnitusun yeni müalicə üsulunu kəşf ediblər.

BAKU.WS xəbər verir ki, araşdırma göstərib ki, beyin eşitmə itkisini kompensasiya etməyə çalışarkən qulaqdakı sağlam hüceyrələrin fəaliyyətini gücləndirir və bu da səs-küyün yaranmasına səbəb olur.

Tinnitusun yaranması daxili qulağın bir hissəsi olan ilbizdəki tüklü hüceyrələrin zədələnməsi ilə bağlıdır. Bu zədələnmə yüksək səs və ya yaşlanma səbəbindən baş verə bilər. Alimlər müəyyən ediblər ki, bəzi sinirlər beyindən qulağa əks istiqamətdə siqnallar göndərir və bu da səs-küyün yaranmasına səbəb olur.

Siçanlar üzərində aparılan təcrübələr zamanı qulaqdan beyinə gedən bəzi sinirlər bloklanıb. Daha sonra optik koherent tomoqrafiya (OCT) vasitəsilə qulaq ilbizinin fəaliyyətinin artdığı müşahidə edilib.

Alimlər hesab edir ki, bu "əks siqnalları" bloklamaqla tinnitusun qarşısını almaq mümkündür.

Son xəbərlər