Tibb aləmində yeni kəşf - Bu dərman insan ömrünü uzadır
Alimlər "rapamisin" adlı preparatın bəzi heyvan növlərində ömrü uzatmaq qabiliyyətinə malik olduğunu müəyyən ediblər. Böyük Britaniyada aparılan genişmiqyaslı tədqiqat çərçivəsində balıqlardan meymunlara qədər 8 müxtəlif növ üzərində aparılmış 167 eksperiment təhlil olunub.
BAKU.WS xəbər verir ki, nəticələrə əsasən, rapamisin ömrü qida məhdudiyyəti qədər effektiv şəkildə uzada bilir. "Metformin" adlı başqa bir preparat isə bu baxımdan daha zəif təsir göstərib.
"Rapamisin" 1970-ci illərdə Pasxa adasında kəşf edilib. Hazırda bu dərman orqan transplantasiyası zamanı istifadə olunur.
Aparılan araşdırmalar göstərib ki, rapamisin qocalma prosesini ləngidir. Lakin onun bəzi yan təsirləri də ola bilər. Bu səbəbdən, hal-hazırda insanlar üzərində aşağı dozalı sınaqlar davam etdirilir.
Alimlərin məqsədi – qidalanmada sərt məhdudiyyətlər olmadan, daha uzun və sağlam ömür əldə etməkdir.
Oxşar xəbərlər
Bu bürclər çox yaxın zamanda dərin məhəbbətə ürəklərini açacaqlar
Üç bürc 2025-ci ilin 30 noyabrından etibarən uzun müddətdir çatışmayan dərin hissləri yenidən yaşayacaq. Məhz həmin gün Venera ilə Neptun arasında harmonik asp...