Telegram istifadəçilərini sevindirəcək YENİLİK - Bundan sonra...

Telegram istifadəçilərini sevindirəcək YENİLİK - Bundan sonra...
Digər 215

"Telegram" messencerində "Game Boy" və "Game Boy Color" üçün nəzərdə tutulmuş oyunları işə salmağa imkan verən "GBC TG" adlı pulsuz emulator istifadəyə verilib.

BAKU.WS xəbər verir ki, layihənin istifadəyə başlanması barədə həllin müəllifi olan "Pyatdesyat Çetvyortıy" kanalının yaradıcısı məlumat verib.

Tərtibatçının sözlərinə görə, emulator Telegram-a retro oyunların inteqrasiyası təşəbbüsünün davamıdır. İstifadəçilərə 500-dən çox klassik oyundan ibarət kitabxana təqdim olunur və bu oyunlar birbaşa messencerin daxilində, əlavə proqram təminatı quraşdırmadan işlədilir.

Xidmət smartfonlar və kompüterlər daxil olmaqla əksər cihazlarda dəstəklənir. Eyni zamanda ekrandakı rəng palitrasını dəyişməyə imkan verən vizual filtrlər sistemi mövcuddur. Bu funksiya "P" düyməsi vasitəsilə aktivləşdirilir.

Qeyd edək ki, "Game Boy" oyunu "Nintendo" şirkətinin portativ konsoludur və ilk dəfə 21 aprel 1989-cu ildə Yaponiyada satışa çıxarılıb. Konsol monoxrom ekranla təchiz olunmuşdu. 1998-ci ildə təqdim edilən "Game Boy Color" isə rəngli maye-kristal displeyə malik olsa da, işıqlandırma sistemi yox idi. Orijinal "Game Boy" versiyası zamanla kult konsol statusu qazanıb.

Oxşar xəbərlər

Uşaqlarla bağlı VACİB MÜRACİƏT - Bu zaman mütləq...

Uşaqlarla bağlı VACİB MÜRACİƏT - Bu zaman mütləq...

Payız və qış aylarında qrip viruslarında daha çox rast gəlirik. Yanvar ayında xəstə sayı pik həddə çatmışdı. Lakin son günlər qriplə bağlı müraciət edən xəstəl...

73 Digər 21:00 19 fevral 2026

Son xəbərlər