"Telegram"da ilk hədiyyə hərracı keçirilib
"Telegram" mesenceri hədiyyələr üçün hərracın keçirilməsi funksiyasını istifadəyə verib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə mesencerin həmtəsisçisi Pavel Durov özünün "Telegram" kanalında bildirib.
Məşhurlardan gələn hədiyyələr üzərində hərraclar təşkil etməzdən əvvəl şirkət eksklüziv "Telegram Plane" hədiyyəsi vasitəsilə hərrac mexanikasını test etmək qərarına gəlib.
Qeyd edək ki, ilk hərrac noyabrın 15-də axşam saatlarında başlayıb və 50 raunddan ibarət olub. Hər raundda birinci yeri tutan 20 iştirakçı 20 "Telegram Plane" hədiyyəsi qazanıb. Birinci raund bir saat, qalan 49 raund isə hər biri 5 dəqiqədən ibarət olub.
Oxşar xəbərlər
Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
Bu gün Novruzun ikinci - Od çərşənbəsidir. BAKU.WS xəbər verir ki, od türkün ağlında, düşüncəsində müqəddəslik rəmzi kimi yaşayıb, bu rəmzilik günümüzə kimi gəl...