Süd vəzisində keçməyən qançır xərçəngin əlaməti ola bilər
Yeniliklərdən dərhal xəbərdar olun
Mütəxəssislər xəbərdarlıq edir ki, döş nahiyəsində yaranan və uzun müddət sağalmayan qançır, göyərmə və ya bərkilik süd vəzi xərçənginin ilkin əlamətlərindən biri ola bilər.
BAKU.WS xəbər verir ki, həkimlərin sözlərinə görə, xüsusilə lobulyar tipli süd vəzi xərçəngi bu cür simptomlarla özünü göstərə bilir. Bu halda döşdə sərtlik və ya dəyişikliyin uzun müddət qalması, adi travmaların gec sağalması ciddi təhlükə siqnalıdır.
Onkoloqlar qeyd edirlər ki, belə hallarda vaxt itirmədən həkimə müraciət olunmalı, USM, mammoqrafiya və digər müayinələr aparılmalıdır. Erkən diaqnoz xəstəliyin müalicəsində uğur şansını dəfələrlə artırır.
Xüsusilə süd vəziləri, qoltuqaltı və qasıq nahiyəsində yaranan dəyişikliklərin diqqətdən qaçırılmaması vacibdir.
Oxşar xəbərlər
2027-ci il "Alovlu Keçi" ili olacaq: Bizi nələr gözləyir? - Maraqlı PROQNOZLAR
2027-ci il Şərq təqviminə görə "Alovlu keçi" ili olacaq. Astroloji yozumlarda bu dövr harmoniya, yaradıcılıq, ailə dəyərləri və münasibətlərə daha çox diqqət ay...