Sosial mediadan asılılıq: Hansı platformada nə qədər vaxt keçirmək təhlükəlidir?
Sosial media artıq gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Lakin bu platformalarda keçirdiyimiz vaxtın müəyyən həddi keçdikdə asılılıq yaratdığı məlum olub. Məsələn, sızdırılan TikTok sənədlərinə görə, istifadəçilər 35 dəqiqədən sonra asılılıq əlamətləri göstərməyə başlayır. Bəs Instagram, YouTube, Twitter və Facebook üçün bu hədd nə qədərdir?
Araşdırmalara əsasən:
TikTok – 35 dəqiqədən sonra asılılıq riski artır, orta gündəlik istifadə müddəti isə 95 dəqiqədir.
Instagram – 30 dəqiqədən çox istifadə psixoloji rahatlığa mənfi təsir edə bilər.
YouTube – 45 dəqiqədən artıq fasiləsiz video izləmək diqqət dağınıqlığına səbəb ola bilər.
Twitter (X) – Gün ərzində 31 dəqiqəyə qədər istifadə edilsə də, tez-tez yoxlama vərdişi asılılıq riskini artırır.
Facebook – Gündəlik orta istifadə müddəti 33 dəqiqə olsa da, uzunmüddətli istifadədə zaman itkisinə səbəb ola bilər.
Mütəxəssislər sosial media istifadəsində 1 saatlıq həddin keçilməməsini tövsiyə edir. Bunun üçün zaman məhdudiyyəti təyin etmək, "rəqəmsal detoks" günləri keçirmək və yalnız faydalı məzmunlara yönəlmək tövsiyə olunur.
Sosial media platformaları istifadəçiləri mümkün qədər çox saxlamaq üçün xüsusi alqoritmlərdən istifadə edir. Buna görə də, texnologiyanın bizi idarə etməsinə imkan verməmək üçün diqqətli olmaq vacibdir.
Oxşar xəbərlər
Parlaq gələcəyi olan 2 BÜRC - Kainat hər işdə onları dəstəkləyir
Parlaq gələcəyi olan insanlar fərdi xüsusiyyətlərinə, çalışqanlıqlarına və seçimlərinə görə uğur qazanırlar. Ancaq astrologiyada bəzi bürclər liderlik keyfiyyət...