Bakıdakı hərbi paradda 5 mindən çox şəxsi heyət iştirak edib
Bu gün Vətən Müharibəsindəki Zəfərin 5 illiyinə həsr olunan hərbi paradda 5 mindən çox şəxsi heyət, 100-dən çox texnika iştirak edib.
BAKU.WS xəbər verir ki, hərbi paradda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5 min nəfər şəxsi heyəti, Türkiyə Respublikası Silahlı Qüvvələrinin 240 nəfər şəxsi heyəti, Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin 120 nəfər şəxsi heyəti iştirak edib.
Həmçinin Azərbaycanın 50 aviasiya vasitəsi, 5 Türkiyə aviasiya vasitəsi, 39 ədəd xüsusi təyinatlı avtomobil texnikası və silah sistemi, 53 ədəd hava hücumundan müdafiə vasitəsi, 63 ədəd raket-artilleriya silahları, eləcə də parada 12 gəmi paradda nümayiş üçün cəlb olunub.
Oxşar xəbərlər
İlham Əliyev İraq prezidentini milli bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev İraq Prezidenti Nizar Amidini milli bayram münasibətilə təbrik edib. BAKU.WS xəbər verir ki, təbrik məktubunda deyilir: "Hörmətli cənab P...