Azərbaycanlı iş adamı futboldan ömürlük uzaqlaşdırıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanlı iş adamı Tufan Sadıqov ömürlük futboldan uzaqlaşdırılıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə qərarı Rusiya Futbol İttifaqının (RFİ) Nəzarət və İntizam Komitəsi (NİK) verib.
Bildirilib ki, Sadıqovun cəzası altı aydan çox FIFA qarşısında maliyyə öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədardır. Bundan əlavə o, "Ximki" klubunun peşəkar statusunun itirilməsinə səbəb olan "vicdansız və ağılsız hərəkətlərə görə" günahlandırılıb.
Qeyd edək ki, Sadıqov "Ximki" klubunun investoru olub. Sentyabrın 9-da Moskva vilayəti Arbitraj Məhkəməsi klubu müflis elan edib. Klubun borcu 448 milyon rubl (təxminən 9 milyon 363 min manat) təşkil edib.
Xatırladaq ki, "Ximki" maliyyə problemləri səbəbindən peşəkar statusunu itirib və 2024/2025 mövsümündən sonra Rusiya Premyer Liqasından çıxarılıb.
Oxşar xəbərlər
Bu gün Türkiyədə Cümhuriyyət bayramıdır
Bu gün Türkiyədə 29 Oktyabr Cümhuriyyət Bayramı qeyd olunur. Türkiyə Respublikasının qurulmasının 103-cü ildönümü münasibətilə ölkə daxilində və xaricdə müxtəli...