Sabah 23 dərəcə isti olacaq - PROQNOZ

Sabah 23 dərəcə isti olacaq - PROQNOZ
Digər 56

Bakıda noyabrın 9-da 20, rayonlarda isə 23 dərəcə isti gözlənilir.

Bu barədə BAKU.WS-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 9-13, gündüz 17-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu, nisbi rütubət isə 75-85 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağıntılı və arabir duman olacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 8-13, gündüz 18-23, dağlarda gecə 1-5, gündüz 8-13 dərəcə isti olacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

"Haber Global"ın 8 yaşı tamam olur

"Haber Global"ın 8 yaşı tamam olur

Türkiyə teleməkanında qısa müddətdə böyük uğur qazanan "Haber Global" xəbər telekanalı bu gün şəkkiz yaşını qeyd edir. BAKU.WS xəbər verir ki, 2018-ci il sentya...

117 Digər 00:00 24 sentyabr 2026

Son xəbərlər