Uşaqları məktəblərdə izləyən təhlükə - Nəyi düz etmirik?
Şagirdlər gün ərzində özünü həddindən artıq yorğun hiss edir. Bu yorğunluq həm dərs prosesinə, həm də uşaqların psixoloji vəziyyətinə mənfi təsir göstərir.
Bu barədə psixoloq Əbdül Səlimli BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, uşaqlar uzun müddət dərsdə olur və çoxlu ev tapşırığı yerinə yetirir. Bu isə onların istirahət vaxtını azaldır.
"Uzun müddət parta arxasında oturmaq yorğunluğu artırır. Psixoloji təzyiq, narahatlıq, aşağı qiymət almaq qorxusu, valideyn gözləntisi və rəqabət bəzi uşaqlarda əlavə stress yaradır", - deyə mütəxəssis bildirib.
Psixoloq deyir ki, bundan əlavə uşaqların əlavə yüklənməsi də onların sağlamlığına pis təsir edir:
"Gec yatmaq və səhər dərslərinin tez başlaması uşaqların enerjisini azaldır. Müşahidələr göstərir ki, uşaqların artıq yorulması onların həm psixoloji, həm də fiziki sağlamlığına zərər verir. Uşaq dərslərə fokuslana bilmir, informasiyanı qəbul etməkdə çətinlik çəkir.
Yorğun uşaqlar daha həssas olur, kiçik şeylərə belə emosional reaksiya verə bilir. Uşaqlar davamlı yorulanda oxumağa marağını itirir və dərslərə qarşı laqeyd olur. Uşaq həddindən artıq yüklənəndə uğursuzluq qorxusu yaşaya bilər. Uzunmüddətli yorğunluq uşaqda ümumi enerjisizlik, həvəs olmaması və istəksizlik yaradır".
Ziya SƏCCAD
Oxşar xəbərlər
Bakıda müəllimə ŞİDDƏTLİ TÖHMƏT verildi: "Autizmli uşağa qarşı dəfələrlə təhqiramiz ifadələr işlədib"
Xəzər rayonundakı 216 nömrəli məktəbdə məktəblinin gözü qarşısında müəllimlərin əlbəyaxa olduğu görüntülər yayılıb. İddialara görə, onların arasındakı mübahisə...