Simsiz qulaqcıqlar elektrik vura bilər - XƏBƏRDARLIQ

Simsiz qulaqcıqlar elektrik vura bilər - XƏBƏRDARLIQ
Digər 33

Mütəxəssislər simsiz qulaqcıq istifadəçilərini yüngül elektrik zərbələri riski ilə bağlı xəbərdar ediblər.

BAKU.WS xəbər verir ki, simsiz qulaqcıqlar statik elektrik toplaya və insan dərisi ilə təmas zamanı onu boşalda bilər. Bildirilir ki, bu cür yüngül elektrik zərbələri sağlamlıq üçün ciddi təhlükə yaratmasa da, narahatlıq hissi doğura bilər.

Mütəxəssislər problemin qarşısını almaq üçün otaqda havanın rütubət səviyyəsini artırmağı tövsiyə edirlər. Bunun üçün nəmləndirici cihazlardan və ya kondisionerdən istifadə etmək məsləhət görülür.

Həmçinin antistatik spreylər, quru dəri üçün xüsusi losyonlar və antistatik örtüklərdən istifadə də tövsiyə olunur.

Qeyd edilir ki, sintetik materiallardan hazırlanmış geyimlər statik elektrik yığılmasını artırır. Bu səbəbdən təbii parçalardan hazırlanan geyimlərə üstünlük vermək məsləhətdir.

Ekspertlərin sözlərinə görə, risk xüsusilə qış aylarında daha yüksək olur. Buna səbəb havanın digər mövsümlərlə müqayisədə daha quru olmasıdır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər