Sarayda şagirdi döyən idman müəllimi cəzalandırıldı
Regional Təhsil İdarəsi sosial mediada sagirdin döyülməsi ilə bağlı yayılan iddialara aydınliq gətirib.
BAKU.WS trend-ə istinadən xəbər verir ki, Abşeron-Xızı Regional Təhsil İdarəsindəndən sosial şəbəkələrdə Saray qəsəbə 1 nömrəli tam orta ümumtəhsil məktəbində müəllimin şagirdə qarşı uyğunsuz davranışı ilə bağlı məlumatlar yayıldığı və məsələ ilə bağlı araşdırma aparıldığı bildirilib:
"İlkin araşdırma zamanı müəllim tərəfindən "Təhsilverənlərin etik davranış qaydaları"nın pozulduğu müəyyən edilib. Bu səbəbdən onun barəsində intizam tənbehi tədbiri görülüb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Bildiririk ki, ümumi təhsil müəssisələrində təlim-tədris prosesi ilə yanaşı, şagirdlərin təhlükəsizliyi və daxili nizam-intizam qaydalarına riayət olunmasına nəzarət daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə zəruri tədbirlər görülür", - məlumatda qeyd edilib.
Qeyd edək ki, sosial şəbəkələrdə Saray qəsəbəsi 1 saylı tam orta məktəbin idman müəlliminin 5-ci sinif şagirdini döyməsi barədə iddialar yayılmışdı.
Oxşar xəbərlər
Böyük Britaniyadakı quraqlıq tərəvəz qiymətlərinin artmasına səbəb olub
Bu yay Böyük Britaniyada uzun sürən quraqlıq və anomal istilər bir sıra kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının azalmasına, qiymətlərin artmasına və tərə...