Saqqalı qırxılmış "mujik" Solovyovun unutduğu tarixi faktlar
"Əgər Rusiya Azərbaycanı işğal etməsəydi, yəqin ki, ölkəmizin istedadlı, qabiliyyətli övladları Moskva Dövlət Universitetindən deyil, Oksford və Harvarddan məzun olacaqdılar".
Bunu Baku TV-yə açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.
"Rusiyanın Heydər Əliyev kimi siyasətçiyə ehtiyacı var idi. Moskva Dövlət Universitetinin isə Azərbaycanın istedadlı övladlarına ehtiyacı var idi ki, şərəf lövhəsində göstərib desinlər: buradan məzun olan İlham Əliyev bu gün Azərbaycanın Prezidentidir. Əslində, bununla Vladimir Solovyov və MDU fəxr etməlidirlər. Ona görə də yaxşı olardı ki, qüsurlu müqayisəni özləri üçün etsinlər. Görəsən, Mirzə Kazımbəy olmasaydı, Belinski və Tolstoyu kim yetişdirəcəkdi?! Görəsən, türkəsilli Dostoyevski olmasaydı, Vladimir Solovyov bu gün hansı rus ədəbiyyatı ilə qürur hissi keçirəcəkdi?!" - deyə o bildirib.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Bu gündən Azərbaycan səmasında meteor yağışı müşahidə olunacaq
Bu ilin ən güclü və parlaq meteor yağışlarından biri olan Geminid meteor yağışı bu gündən başlayaraq dekabrın 17-dək aktiv olacaq və dekabrın 14-də öz zirvəsinə...