Sabah 38 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında avqustun 31-də hava şəraiti yağmursuz olacaq.
Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman müşahidə olunacaq.
Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 21-25° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 30-35 % olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 19-23° isti, gündüz 33-38° isti, dağlarda gecə 10-15° isti, gündüz 22-27° isti olacaq.
Oxşar xəbərlər
Yeni ildən bu bürcdən olan qızlar ərə gedəcək
2026-cı il bəzi bürclərin həyatında sevgi və ailə qurmaq baxımından dönüş nöqtəsi olacaq. Ulduzlar göstərir ki, bu il xüsusilə üç bürcün qadın nümayəndələri üç...