Sabah 33 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında mayın 29-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, mayın 28-dən 29-na keçən gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.
Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-19° isti, gündüz 25-30° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət 40-60 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, duman olacağı ehtimalı var. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 16-21° isti, gündüz 28-33° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacaq.
Oxşar xəbərlər
Yaxında varlanacaq, həyatı tam dəyişəcək bürclər
2026-cı ildə yaxın zamanlarda həyatı dəyişə biləcək, maliyyə baxımından uğur üçün potensialı yüksək hesab edilən bəzi bürclər haqqında ümumi astroloji proqnoz v...