Sabah 15 dərəcə isti olacaq - HAVA PROQNOZU
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda dekabrın 25-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.
BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 4-6° isti, gündüz 8-11° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2-7° isti, gündüz 10-15 ° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq.
Oxşar xəbərlər
Azad edilmiş ərazilərdə dini abidələrin bərpasına başlanılıb
Azərbaycanda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa prosesinə dini abidələrin bərpasından başlanılıb. BAKU.WS xəbər verir ki, bu barədə Dini Qurum...