Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, 7 vaqondan ibarət, çəkisi 242 ton olan propan 24 avqust tarixində "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.
İndiyə qədər Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 50 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1172 ton propan, 133 ton alüminium , 1114 ton kömür və 67 ton taxta göndərilib.
Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.
Oxşar xəbərlər
Süni intellekt alimlərin onilliklərdir həll edə bilmədiyi riyazi məsələləri çözür
Süni intellekt (Sİ) alimlərin onilliklərdir üzərində çalışdığı bir sıra mürəkkəb riyazi məsələləri həll edib. Lakin tədqiqatçılar hələ də bu həllərin necə əldə...