Ramana qəsəbəsində yerləşən XVIII əsrə aid BUZXANA
Ramana qəsəbəsində yerləşən, XVIII əsrə aid olan buzxana qəsəbədəki mühüm abidələrdən biridir.
Bu buzxana dövrün mühəndislik və tikinti texnologiyalarını əks etdirən bir nümunədir.
Buzxanalar tarixi dövrlərdə, xüsusilə isti bölgələrdə, ərzaqların saxlanması və soyudulması məqsədilə tikilirdi.
Bu tip qurğular, yaz və yay aylarında qida məhsullarının təzə saxlanması, içkilərin və digər məhsulların uzun müddət istifadə olunması üçün xüsusi olaraq inşa edilirdi.
Ramana buzxanası da məhz bu məqsədlər üçün xidmət edib. Yerli əhali bu abidənin XVIII əsrdə inşa olunduğunu deyir.
PhotoStock.Az-ın əməkdaşı buzxananın yerləşdiyi ərazidən fotoreportaj hazırlayıb:
Qalereya
Oxşar xəbərlər
Hər insanın dünyada özünə bənzəyən biri varmı? Alimlər açıqladı
"Dünyada hər insanın özünə bənzəyən biri var" fikri geniş yayılsa da, elmi araşdırmalar bunun hər kəs üçün keçərli olduğunu təsdiqləmir. Alimlərin fikrincə, nət...