Qripə yoluxma halları artır

Qripə yoluxma halları artır
Video
Digər 543

Son günlər qripə yoluxanların sayı kəskin artıb.

Xezerxeber.az-ın məlumatına görə, infeksionist Aytən Ziyadova bildirir ki, infulenza virusu ilə əlaqədar müraciətlərin sayı çoxalıb. Hətta mövsümlə əlaqədar olaraq yoluxma hallarının qarşıdakı aylarda daha da artacağı gözlənilir.

Aytən Ziyadova vurğulayıb ki, virusdan qorunmağın ən effektiv yolu peyvənd olunmaqdır. Lakin bəzi şəxslərə peyvənd qadağandır. Bununla yanaşı, peyvənd olunacaq şəxslər yaş qrupuna görə dozanı düzgün seçməlidirlər.

İnfeksionist bildirib ki, yumurtanın sarısına qarşı anaflaktik şok keçirən şəxslərə yaş qurupundan asılı olmayaraq peyvənd qadağandır. Eləcə də onkoloji xəstələrə peyvənd əks göstərişli olduğundan, həmin şəxsin ailə üzvlərinin peyvənd olunması kifayətdir.

Səhiyyə Nazirliyindən "Xəzər Xəbər"ə bildirildi ki, qripə qarşı peyvənd olunmaq istəyən şəxslər yaşayış və ya iş yeri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrinə müraciət edə bilərlər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Məktəblərdə ilk dərs günüdür - FOTOREPORTAJ

Məktəblərdə ilk dərs günüdür - FOTOREPORTAJ

Bu gün Azərbaycanda bilik günüdür. BAKU.WS olaraq Bakının Nərimanov rayonu ərazisində yerləşən "Ankara Məktəbi" məktəb-liseyində olduq. Məktəbin direktoru Arzu...

691 Digər 10:08 15 sentyabr 2026

Son xəbərlər