Naxçıvanda yeni qurum yaradılıb
Naxçıvanda bir sıra qurumlar birləşib.
BAKU.WS xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov fərman imzalayıb.
Fərmana əsasən, Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində "Naxçıvanpoçt" MMC, "Naxçıvan Telekom" MMC və "Naxçıvan Muxtar Respublikası Radio-Televiziya Ötürücü Mərkəzi" publik hüquqi şəxs birləşdirilməklə onların əsasında Nazirliyin tabeliyində "Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi" MMC yaradılıb.
"Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi" MMC-nin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi MR Nazirlər Kabinetinə və MR İqtisadiyyat Nazirliyinə həvalə edilib.
Oxşar xəbərlər
Brejnevə təqdim olunan kuzəni hazırlayan zərgər illər sonra danışdı
"O vaxtlar" verilişinin budəfəki qonağı Nardaran sakini Mahmud Əliyev olub. O, verilişdə uşaqlıq illərindən, zərgərlik sənətinə gəlişindən, Brejnevə hədiyyə edi...