Müəllimlərə süni intellektlə bağlı TƏLİMLƏR KEÇİRİLƏCƏK

Müəllimlərə süni intellektlə bağlı TƏLİMLƏR KEÇİRİLƏCƏK
Digər 17

"Cari ilin sentyabr ayından etibarən "Rəqəmsal məktəb" platformasının əhatə dairəsi genişləndiriləcək".

BAKU.WS xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırması İdarəsinin Baş İnformasiya direktoru Vüsal Xanlarov İqtsadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) "Rəqəmsal arxitektura: Proqram idarəetməsi və nəticəəsaslı yanaşma" mövzusunda keçirilən dəyirmi masada deyib.

O bildirib ki, bu platforma hazırda Bakını əhatə edir:

"Sentyabr ayından etibarən platformanın regionlarda da tətbiqinə başlanacaq. Platformanın əhatə dairəsinin genişləndirilməsi ilə 2 milyona yaxın insan üçün platforma əlçatan olacaq. Platformada bir çox data generasiya olunur. Bu dataları bilik bazasına birləşdiririk. Süni intellekt tətbiqi ilə həllər hazırlamışıq. Süni intellekt əsaslı köməkçi alətləri istifadəyə vermişik. Burada müəllimlər süni intellekt alətlərindən istifadə edərək dərslərini maraqlı təşkil edə bilərlər. Hazırda bu alətlər 45 min müəllim üçün əlçatandır. Onların 20 faizi bu həldən istifadə edir. Bu istifadənin artması üçün növbəti aylarda təlimlər keçəcəyik".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər