Məşq arıqlamağınıza kömək etmir - İnanılmaz faktlar

Məşq arıqlamağınıza kömək etmir - İnanılmaz faktlar
Digər 184

Pəhrizdə dəyişiklik edilmədən fiziki fəaliyyət arıqlamağa səbəb olmur.

BAKU.WS xəbər verir ki, bu, Bangor Universitetinin (Böyük Britaniya) tədqiqatçılarının gəldiyi nəticədir. Onların işi "Applied Physiology, Nutrition, and Metabolism" jurnalında dərc olunub.

Araşdırmada arıqlamağa çalışmayan 18-32 yaş arası 70 qadın iştirak edib. Onlar 4 və 8 həftə ərzində həftədə üç dəfə 45-90 dəqiqə intensiv dövrə məşqi edən qruplara bölündülər. Qadınlar pəhrizlərini dəyişməyib, həmişəki kimi yeməyə davam ediblər. İştirakçıların davranışlarına təsir etməmək üçün onlara proqramın məqsədinin ürəyin fəaliyyətini yaxşılaşdırmaq olduğu bildirilib.

Nəticələr göstərdi ki, fiziki aktivlik hətta kilolu qadınlarda belə arıqlamağa səbəb olmayıb. Yalnız nəzərə çarpan dəyişiklik arıq iştirakçılarda əzələ kütləsinin böyüməsi idi.

Alimlər bunu onunla izah edirlər ki, məşqdən sonra qadınların əksəriyyətində iştaha artıb və orqanizm xərclənən kaloriləri qida istehlakını artırmaqla kompensasiya edib. Bu, aclıq və toxluq hissindən məsul olan hormonların səviyyəsinin dəyişməsi ilə təsdiqlənir.

Tədqiqatın müəllifi Hans Peter Kubis "The Conversation" jurnalında dərc olunan məqaləsində belə izah edib: "Bizim bədənimiz çəki itirmək üçün yox, saxlamaq üçün yaradılıb – bu, qida çatışmazlığı olanda təkamül mirasıdır".

Oxşar xəbərlər

Xəyal gücünün həddi varmı? – Beyin bizim təsəvvür etdiyimizdən daha güclüdür

Xəyal gücünün həddi varmı? – Beyin bizim təsəvvür etdiyimizdən daha güclüdür

Alimlər insan beyninin təsəvvür və xəyal gücünün hüdudsuz potensiala malik olduğunu bildirirlər. Bəzi nevroloji araşdırmalara əsasən, beynin yaradıcı bölgələri,...

189 Digər 23:57 20 iyul 2025

Son xəbərlər