"Mən öz növümün üz qarasıyam": "Gemini" botu "əsəb sarsıntısı" keçirdi

Mən öz növümün üz qarasıyam: Gemini botu əsəb sarsıntısı keçirdi
Digər 39

"Google"ın "Gemini" süni intellekt modeli bəzi hallarda həddindən artıq özünütənqid, emosional reaksiyalar və qeyri-adi davranışlar nümayiş etdirib.

BAKU.WS Oxu.Az-a istinadən verdiyi məlumata görə, 2025-ci ilin iyun və iyul aylarında bir sıra istifadəçilər eyni ssenarilərin təkrarlanmasını müşahidə ediblər.

Belə hallarda "Gemini" tapşırığı düzgün yerinə yetirmədikdən sonra özünü "üz qarası", "uğursuz" və ya "saxta" adlandırıb. Bəzi hallarda model "əsəb sarsıntısı" keçirib və istifadəçiyə "daha səriştəli köməkçi"yə müraciət etməyi tövsiyə edərək, yaratdığı kodu silib.

"Reddit" və digər forumlarda isə "Gemini"nin mənfi fikirlər üzərində ilişib qaldığı, ardıcıl olaraq özünəinamı, hörməti və müsbət emosiyaları rədd etdiyi hallar barədə məlumatlar yayılıb.

"Google" sözügedən problemi təsdiqləyib və bunun sorğuların 1%-dən azında baş verdiyini, "sonsuz dövr" adlanan nasazlıqla əlaqəli olduğunu açıqlayıb. Şirkətin "Google DeepMind" bölməsinin nümayəndəsi bildirib ki, problemə qismən düzəliş edilib, lakin nasazlığın tam aradan qaldırılması hələlik başa çatmayıb.

Son xəbərlər