Kiyevin enerji sistemi bərpa olunur
Hazırda Ukraynanın Kiyev vilayətinin kritik infrastrukturu bərpa edilib, şəbəkələrin texniki təhlükəsizliyi nəzərə alınmaqla, evlərə tədricən işıq verilir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Kiyev vilayəti hərbi administrasiyasının başçısı Nikolay Kalaşnik teleqram kanalında bildirib.
"Kiyev vilayətində enerji sistemi bərpa rejimində işləyir. Kaskad qəzası nəticəsində elektrik enerjisinin təcili söndürülməsi tətbiq edilib. Hazırkı vəziyyətə görə vilayətin kritik infrastrukturu bərpa edilib, evlərə elektrik enerjisinin verilişi qismən həyata keçirilir. Çünki şəbəkələrin texniki təhlükəsizliyi nəzərə alınmalıdır", - o yazıb.
Onun sözlərinə görə, belə bir rejim sistemin həddindən artıq yüklənməsinin və təkrar nasazlıqların qarşısını almaq üçün lazımdır.
Bundan əlavə, Kiyevdə paytaxt metrosunun bütün xətlərində hərəkət bərpa edilib, bu barədə Kiyev Şəhər Dövlət Administrasiyasından bildirilib.
"Metro hər üç xətdə normal rejimdə işləyir. "Lesnaya" – "Akademqorodok" stansiyaları arasında qırmızı xətt üzrə qatarların hərəkəti bərpa edilib, interval - 6 dəqiqədir. Həmçinin qrafik üzrə mavi xəttdə qatarlar arasında interval bərpa olunub - 6 dəqiqə", - məlumatda deyilir.
Oxşar xəbərlər
Yerin maqnit sahəsi insanın qərarlarına təsir edə bilər - MARAQLI ARAŞDIRMA
Yerin maqnit sahəsi insanın qeyri-ixtiyari verdiyi qərarlara təsir göstərə bilər. BAKU.WS xəbər verir ki, Cənubi Koreyanın Kyunqbuk Milli Universitetinin alimlə...