KİV: Beynəlxalq Valyuta Fondu Ukraynadan qrivnanın devalvasiyasını tələb edir
18
okt
2025
22:55
Beynəlxalq Valyuta Fondu (BVF) qrivnanın devalvasiyanı tələb edərək Kiyevə təzyiq göstərir.
BAKU.WS Oxu.Az-a istinadən bildirir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən xəbər verir.
BVF hesab edir ki, Ukrayna valyutasının nəzarətli devalvasiyası ölkə büdcəsinə daxilolmaların artmasına kömək edəcək.
Qeyd edilir ki, Ukrayna Milli Bankı bu təşəbbüsü dəstəkləməyə hazır deyil.
Tənzimləyici ehtiyat edir ki, devalvasiya inflyasiyanı sürətləndirə, bu da ictimai narazılığa gətirib çıxara bilər.
Oxşar xəbərlər
Daşkənddə III Türkdilli Dövlətlər Kardioloqları Qurultayının rəsmi açılışı keçirilib
3 oktyabr 2026-cı il tarixində Özbəkistanın paytaxtı Daşkənddə III Türkdilli Dövlətlər Kardioloqları Qurultayının və "Özbəkistan–Azərbaycan" Tibbi Forumunun rəs...