Kimlərə alma yemək olmaz?

Alma sağlamlıq üçün çox faydalı meyvə sayılsa da, bəzi insanlar üçün ziyanlı və riskli hesab edilir. Dietoloqlar bildirir ki, bəzi xəstəliklər və vəziyyətlər zamanı alma yemək tövsiyə olunmur.
BAKU.WS xəbər verir ki, sözügedən halları təqdim edir:
1. Mədə turşuluğu yüksək olanlar
Əgər qastrit, reflüks və ya mədə turşuluğu probleminiz varsa, xüsusilə turş alma növləri (yaşıl alma) sizin üçün təhlükəli ola bilər. Bu, mədədə yanma, ağrı və qaz yaranmasına səbəb ola bilər.
2. Şəkərli diabetdən əziyyət çəkənlər
Alma təbii şəkərlə zəngindir. Hərçənd ki, lif və vitamin baxımından faydalıdır, tip 2 diabet xəstələri alma istehlakını nəzarətli şəkildə və həkim məsləhəti ilə qəbul etməlidirlər. Xüsusilə şirin alma növləri qan şəkərini sürətlə yüksəldə bilər.
3. Allergiyası olan şəxslər
Almaya qarşı allergiyası olan insanlar üçün bu meyvə qızartı, qaşınma, boğazda şişkinlik və ya ağır hallarda tənəffüs çətinliyi yarada bilər. Bu vəziyyət daha çox çiy alma yedikdə ortaya çıxır.
4. Qıcıqlanmış Bağırsaq Sindromu (İBS) olanlar
Alma, fruktoza və sorbitol tərkibli olduğundan, qarın şişkinliyi, qaz və ishal kimi şikayətləri olan insanlar üçün uyğun deyil. İBS problemi yaşayan şəxslər alma yeyərkən diqqətli olmalıdır.
5. Böyrək problemləri olanlar
Almada kalium yüksək səviyyədədir. Bu da xroniki böyrək xəstəlikləri olan şəxslər üçün riskli ola bilər, çünki orqanizm artıq kaliumu çətin xaric edir.
Oxşar xəbərlər
Səhnədə qəfil vəfat edən Metin Arolatın ekspertiza hesabatında şoka salan DETAL
Məşhur türkiyəli müğənni və rejissor Metin Arolatın qəfil vəfatı ilə bağlı gizlinlər aydınlaşmağa başlayıb. Aylardır davam edən gözləntilərin ardından ekspertiz...
