Kanadada yeni zirehli dinozavr növü tapılıb
Kanadanın Britaniya Kolumbiyası əyalətində yerləşən Tumbler Ric bölgəsində yeni zirehli dinozavr növü – Ruopodosaurus clavanın izləri tapılıb.
BAKU.WS trt haber-ə istinadən xəbər verir ki, təxminən 100 milyon il əvvələ aid edilən bu üçbarmaq fosil izləri bitki ilə qidalanan, quyruğunun ucunda sümükdən ibarət topuz olan ankilosavr ailəsinə məxsusdur. İzlər Tumbler Ric UNESCO Qlobal Geoparkı ərazisində aşkarlanıb.
Alimlər izlərin beşbarmaq ön ayaqlara və üçbarmaq arxa ayaqlara malik canlıya aid olduğunu müəyyənləşdirib. Təxminən 5-6 metr uzunluğunda olan bu dinozavrın bədəni tikanlı və zirehli olub.
Tədqiqatçılar bildirir ki, bu kəşf Şimali Amerikada Kretase dövrünün ortalarına aid ankilosavr fosil boşluğunu doldurur. Mütəxəssislərin fikrincə, bu, həmin dövrdə bölgədə iki fərqli zirehli dinozavr növünün yaşadığını göstərir.
Araşdırmanın nəticələri "Journal of Vertebrate Paleontology" elmi jurnalında dərc olunub.
Oxşar xəbərlər
Anar Quliyev: "Azad edilmiş ərazilərdə 96 min insan yaşayır, çalışır və təhsil alır"
Bu gün Qarabağ və Şərqi Zəngəzurda 96 min insan yaşayır, çalışır və təhsil alır. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektu...