iPhone telefonu oğurlanmış şəxslərin NƏZƏRİNƏ

Fırıldaqçılar tərəfindən bloklanmış "iPhone" telefonuna çıxışı bərpa etmək qeyri-mümkündür.
Bu barədə "aif.ru"ya rusiyalı rəqəmsal mütəxəssis Aleksandr Vurasko bildirib.
Ekspertin fikrincə, əgər qurban "App Store"də mövcud olmayan tətbiqləri yükləmək bəhanəsi ilə öz "iPhone" cihazında fırıldaqçıların "Apple ID" hesabını aktivləşdiribsə, yeganə çıxış yolu "Apple"nin dəstək xidmətinə müraciət etməkdir.
"Fırıldaqçılar iOS əməliyyat sisteminin standart təhlükəsizlik metodlarından cihazın oğurluqdan qorunması üçün istifadə edirlər. Məsələ burasındadır ki, dəstək xidməti sizin bu cihazın qanuni sahibi olduğunuzu təsdiq etmək üçün hansı sənədləri tələb edəcək. Onlar alış barədə qəbz də daxil olmaqla istənilən məlumatı tələb edə bilərlər", - deyə Vurasko qeyd edib.
Ekspert əlavə edib ki, fırıldaqçıların tələb etdiyi məbləği ödəmək belə cihazın blokunun açılmasına zəmanət vermir. "iPhone" telefonunun başqa bir hesaba bağlanması isə onu, demək olar ki, fırıldaqçının cihazına çevirir.
Oxşar xəbərlər
Həkim: 1 saat qəlyan çəkmək 100 siqaret çəkməyə bərabərdir
Ümumdünya Səhiyyə Təşkilatının son məlumatlarına görə, bir qəlyan seansında çəkilən tüstünün həcmi 100 və daha çox siqaret çəkməyə bərabər ola bilər. Bu təkcə ü...
