iPhone-larda bu problem yaranmağa başlayıb
"Apple" smartfon istifadəçiləri iPhone-da quraşdırılmış zəngli saat funksiyasının stabil işləməməsindən şikayət etməyə başlayıblar.
BAKU.WS xəbər verir ki, bu barədə "9to5Mac" nəşri məlumat yayıb.
Məlumata görə, "iPhone" sahiblərindən çoxsaylı şikayətlər daxil olub. Belə ki, bir çox istifadəçidə iOS-un daxili zəngli saatı ümumiyyətlə işə düşmür və ya səssiz rejimdə aktivləşir. Müəlliflər problemin parametrlərin sıfırlanması nəticəsində yarana biləcəyini ehtimal edirlər.
Məqalədə qeyd olunur ki, hər bir zəngli saat üçün ayrıca səsləndiriləcək melodiya seçmək mümkündür. Eyni zamanda, zəngli saatın səssiz rejimdə işləməsi də təyin edilə bilər.
"Bu xətanın sizə təsir edib-etmədiyini yoxlamaq üçün sadəcə cihazınızda "Saat" tətbiqini açın və siyahıdakı zəngli saata toxunun. Səs parametrlərində "Zəng melodiyası" rejiminin seçildiyinə, "Yoxdur" seçiminin aktiv olmadığına əmin olun", - deyə qeyd edilib.
Mütəxəssislər bildiriblər ki, zəngli saat düzgün qurulduğu halda "iPhone" səssiz rejimdə olsa belə işə düşməlidir. "Apple" şirkəti isə hələlik problemə rəsmi reaksiya verməyib.
Oxşar xəbərlər
Təhsil tələbə krediti üçün müraciət tarixləri açıqlanıb
Təhsil tələbə krediti üçün müraciət tarixləri açıqlanıb. BAKU.WS xəbər verir ki, bu barədə Təhsil Tələbə Krediti Fondu (TTFK) məlumat yayıb. Qeyd edilib ki, 202...